Son günlər sosial mediada bəzi şagirdlərin müəllimlərə qarşı tərbiyəsiz və hörmətsiz davranmalarını əks etdirən videogörüntülər sürətlə yayılmağa və müzakirələrə yol açamağa davam edir.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Əlikram Bayramov bu məsələdə müəllimlərdə günah görmədiyini deyib:
“Problem şagirdlərdə, onların təlim-tərbiyəsindədir. Günah müəllimlərdə deyil, şagird 4-5 saat müəllimin yanında qalır, qalan vaxtını evdə keçirir. Biz uşaqlarımızı yaxşı tərbiyə etmirik, təlim-tərbiyəszi ilə məşğul olmuruq, onları azad buraxırıq. Hərəsinə bir telefon alıb vermişik, oynayırlar. Mən toylara gedirəm, məclislərdə müşahidə edirəm, balaca-balaca uşaqların hərəsinin əlində bir telefon var. Heç mən telefonun dilini bilmirəm, mənim bir nəvəmin 5 yaşı var, vallah,telefonu məndən yaxşı istifadə edə bilir. Deyirlər elmi tərəqqi. Bu elmir tərəqqi deyil. Balaca uşaqlara telefonu vermişik, sosial şəbəkələrdə özünüz bilirsiniz ki, nələr var. Xüsusilə də “Tik-tok”. Bizim uşaqlarımızı yaman günə qoyan məhz “Tik-tok” oldu. Vallah, müəllimin günahı yoxdur, müəllim nə etsin? Biz özümüz öz uşaqlarımızla bacarmırıq. Uşaq az qalır adamın başına çıxsın. O gün “Zaurla Günaydın” verilişində qonaq idik, mənimlə birgə xanım həmkarlarımdan biri də uşaqlarını gətirmişdi, mənim nəvələrimlə onun uşaqları qarışmışdı bir-birinə, biz efirdə onları sakit edə bilmirdik. Uşaqların təlim-tərbiyəsi pozulub, bu yeməklərdəndi, sosial şəbəkələrdəndir, nədəndir, anlamıram. Biz uşaqlarımıza çox azadlıq veririk. Uşağı sakit etmək üçün onun əlinə telefon vermək olmaz! Mənim gəlinim uşaqların hamısından telefonu alıb, gizlədib. Nəvələrim ağlayır ki, “Baba, nə olar, al mənə ver”. Deyirəm olmaz.
Hər mövzuda müəllimdə günah görürlər”.
Müğənni 165 nömrəli məktəbdə şagirdlərin qeyri-etik görüntülərinin yayılması, bununla əlaqədar fənn müəlliminin töhmət alması ilə bağlı da danışıb. O, qeyd edib ki, verilən töhmət geri götürülməlidir:
“Müəllim yazıq bir az səsini qaldıran kimi gedib yaxasından yapışırıq ki, niyə belə dedin. Müəllimə belə şeylərə görə töhmət vermək olmaz. Sonuncu hadisədən sonra da müəllimə töhmət verildi, o töhmət geri götürülməlidir. Bu mövzuda günah şagirdlərdədir. Valideyn uşağı ilə bacarmır, atır müəllimin üstünə. Onda müəllim götürüb uşağı evində saxlasın… Mən birinci sinifə gedirdim, kənddə məktəbdən kənarda müəllimimi görəndə az qalırdım kanala girim ki, müəllimim məni küçədə oynayan yerdə gördü. Töhmət hökmən geri götürülməlidir. Müəllimlər vallah, yazıqdır, 5 manat pul alırlar, onu da burunlarından gətiririk. Bu gün uşaqların psixologiyası pozulub. Küçələrdə məktəb şagirdlərinin davranışına, psixologiyasına fikir verin, bu gün müəllim, valideyn uşaqla bacarmır”.
Follow @7timesaz