Hadisə

Müəllimin intiharı ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Müəllimin intiharı ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Prokurorluq Bakıda müəllimin intiharı ilə bağlı açıqlama yayıb.

7times.az-a daxil olan məlumatda qeyd olunub ki, sentyabrın 16-da saat 15 radələrində paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbə sakini Naidə İsayevanın Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü ataraq intihar etməsi barədə Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlərin dairəsi müəyyənləşdirilərək dindirilib, o cümlədən digər prosessual hərəkətlər yerinə yetirilib.

Cinayət işi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə istintaq tədbirləri davam etdirilir.