ABŞ-ın Florida ştatında 52 yaşlı müəllim Donna Barber məhbusla intim görüntüləri yayıldıqdan sonra işdən çıxıb.
7Times.az lent.az-a istinadən xəbər verir ki, məhbusların video söhbətlərinə nəzarət etmək üçün yanvarın əvvəlində Smith adlı şəxs Franklin County həbsxanasına nəzarətçi təyin edilib.
Müşahidəçi müəllim Donna Barberin məhkum Lourens Rey ilə ünsiyyətdə olduğunu və məktəb ofisində kamera qarşısında soyunduğunu müşahidə edib. Müəllimin hərəkətindən qəzəblənən Smit sosial şəbəkədə söhbətin səs yazısını yayıb.
“Mən hesab edirəm ki, valideynlərin uşaqlarını kimin öyrətdiyini bilmək hüququ var”, – deyə həbsxana məmuru paylaşımında şərh yazıb.
Məktəb rəhbərliyi videobağlantı vasitəsilə intim ünsiyyətdən xəbərdar olub. Barber iş saatlarında qeyri-münasib davranışına görə işdən çıxarılacağını anlayıb və özü işdən istefa vermək qərarına gəlib. Valideynlər və həmkarları qadının 30 illik işdən sonra məktəbi tərk etməsini birmənalı qarşılamayıb, onun tələbələr və məzunlar tərəfindən böyük hörmətə malik olduğunu qeyd ediblər.
Smitin sözlərinə görə, son vaxtlar məhbuslarla videokonfrans əlaqəsi üzbəüz görüşdən daha çox tələb olunur.