Hadisə

Muğam ifaçısı ağır avtomobil qəzası keçirtdi: “Başım partladı…”

Muğam ifaçısı ağır avtomobil qəzası keçirtdi: “Başım partladı…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Muğam müsabiqəsinin qalibi Pərviz Qasımovun başına iş gəlib.

7times.az-ın məlumatına görə, xanəndə “Tam vaxtıdır” verlişində bildirib ki, bir müddət öncə avtomobil qəzası keçirib:

“Rusiyaya toya getmişdim. Orada ağır avtomobil qəzası keçirtdim. Hətta burnumun üstündə tikiş izi qalıb. Başım, dizim dağılmışdı. O qəzadan sağ çıxmaq möcüzə idi. İki gün komada qaldım. Sağaldım, sonra Bakıya qayıtdım. Çox pis qəza idi. Başımın ortası dağılmışdı. Artıq instaqramda heç nə paylaşmıram. Çünki gözə gəlməkdən qorxuram”./Lent.az