Hadisə

Müğənni Aslan Hüseynov Gəncədə dəfn olundu

Müğənni Aslan Hüseynov Gəncədə dəfn olundubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün yol qəzasında ölən müğənni Aslan Hüseynov Gəncədə dəfn olunub.

7times.az xəbər verir ki, mərhum Gəncədə İmamzadə qəbristanlığında anasının məzarının yanında torpağa tapşırılıb. Pandemiya səbəbindən dəfn mərasimində yalnız mərhumun yaxınları iştirak edib.

Xatırladaq ki, A.Hüseynovun anası aprelin 26-da dünyasını dəyişib.

Qeyd edək ki, bu gün Bakı-Qazax yolunda 99 HF 789 dövlət nömrə nişanlı, BMW markalı minik avtomobili ilə “KamAZ” markalı yük maşınının toqquşması nəticəsində BMW-ni idarə edən müğənni Aslan Hüseynov aldığı xəsarətdən dünyasını dəyişib.