Müğənni Aynur Dadaşovanın atası İbrahim Dadaşov bir neçə dəqiqə öncə dünyasını dəyişib.
7Times.az xəbər verir ki, bu barədə lent.az-a ifaçının özü açıqlama verib.
Müğənni deyib ki, dünyam dağılıb: “Bacımın ardından atamı da itirdim. Çox pisəm”. (Ağlayır)
A. Dadaşova onun üçün bu barədə danışmağın çox çətin olduğunu söyləyib: “Ən qorxduğum doğma itkisi idi. Məkanı cənnət olsun”.
Xatırladaq ki, mərhum bir müddət öncə Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdi.
Qeyd edək ki, ötən il A.Dadaşovanın bacısı Günel xərçəng xəstəliyindən dünyasını dəyişmişdi.
Follow @7timesaz