“Subay vaxtımda elçilər üstümdə dava idi. Deyirdilər ki, efirə çıxır, yaxşı qızdır. O qədər elçi gələn olurdu ki…”.
Bu sözləri Əməkdar artist Könül Kərimova “Tarixin bir günü” proqramında deyib. Müğənni ifaçı olduğu üçün onunla evlənmək istəyənlərin çox olmasından bəhs edib:
“Bacım gözəl idi. Amma mən qara qız olmuşam, üfürsən yıxılardım. Amma müğənni idim deyə, üstümdə dava idi. Sonda da xalam oğluna ərə getdim.
Sonradan Elnarə Abdullayeva çıxıb dedi ki, müğənni qız almazlar. Əslində bu sözü çəkdiyimiz əziyyətləri görüb deyirik. Belə deyirəm, amma bilmirəm, oğlum müğənni alsa nə edərəm. Mən deyən qız olsun, müğənni də olsa olar. Demişəm, 50-50-yə olsun. Yarı o seçsin, yarı mən”.
Follow @7timesaz