Maqazin

“Müğənnilərə Aslanın mahnılarını oxumağa qadağa qoyuram” – Səidə Dadaşova

“Müğənnilərə Aslanın mahnılarını oxumağa qadağa qoyuram” – Səidə Dadaşovabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Səidə Dadaşova həmkarlarına qadağa qoyub.

7Times.az  xəbər verir ki, “7 Canlı” proqramında qonaq olan ifasçı mərhum dostu, müğənni Aslan Hüseynovun mahnılarının həmkarları tərəfindıən oxunmasına qarşı çıxıb:

“Müğənnilərə Aslanın mahnılarını oxumağa qadağa qoyuram. Bunu ərkyana deyirəm. Söhbət arada gəzən müğənnilərdən gedir. Onlar özləri çox yaxşı bilirlər, kimi nəzərdə tuturam. Misal üçün Rüfət Axundov Aslanın mahnısını oxuyub, çox gözəl. O, bizim ortaq dostumuzdur. Ona Aslanın mahnılarını oxumaq olar. Rüfət Aslanın mahnılarını sağlığında da ifa edib. Mən bilirəm Aslan kimə qadağa qoyub, kimə qoymayıb”.