Maqazin

Müğənnilərə fonoqramla oxumaq QADAĞAN EDİLDİ

Müğənnilərə fonoqramla oxumaq QADAĞAN EDİLDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstan hökuməti 2023-cü il yanvarın 1-dən yerli sənətçilərə fonoqramla oxumağı qadağan edib.

7Times.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə sərəncamı ölkənin mədəniyyət naziri Altınbek Maksutov imzalayıb.

Bildirilib ki, məhdudiyyət ölkənin Mədəniyyət Nazirliyinin tabeliyində olan dövlət mədəniyyət və təhsil müəssisələrinə şamil edilir.

Sərəncama əsasən, incəsənət xadimləri teatrlarda, filarmoniyalarda, konsert salonlarında, klublarda, kinoteatrlarda, muzeylərdə və kitabxanalarda keçirilən tədbirlərdə canlı çıxış etməlidirlər.

Nazir fonoqrama qoyulan qadağaya riayət olunmasına şəxsən nəzarət edəcəyinə söz verib.