Hərbi

“Müharibə 2024-cü ildə də davam edəcək” – “The Washington Post” səbəbini açıqladı

“Müharibə 2024-cü ildə də davam edəcək” – “The Washington Post” səbəbini açıqladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ rəhbərliyində hesab edirlər ki, Ukraynadakı müharibə 2024-cü ildə də davam edəcək və tərəflərin heç biri 2023-cü ildə tam qələbə qazana bilməyəcək”. 

7Times.az  xəbər verir ki, bunu “The Washington Post” nəşri Pentaqonun mətbuata sızdırılmış məxfi sənədləri əsasında hazırladığı məqalədə bildirib.

Yazıda qeyd olunur ki, hətta Ukrayna Ordusu uğurlu əks-hücum əməliyyatı keçirib, müəyyən əraziləri geri qaytarsa belə, bunun nəticəsində sülh danışıqları başlamayacaq: “2023-cü ildə istənilən ssenari üzrə münaqişənin bitməsi və sülh danışıqları mümkünsüzdür”.

Yazıda qeyd olunur ki, sülh danışıqlarının başlanması böyük ölçüdə Ukrayna Prezidenti Volodimir Zelenskinin mövqeyindən asılıdır. Müəlliflərin fikrincə, tərəflərin hazırkı şəxsi heyət və silah-sursat imkanlarının təhlili göstərir ki, onlardan hər hansı birinin qəti qələbəsi mümkünsüzdür.