Dünya

“Müharibə bitsə də, Rusiya təhlükəsi qalacaq” – NATO generalı

“Müharibə bitsə də, Rusiya təhlükəsi qalacaq” – NATO generalıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Ukraynadakı münaqişənin sülh yolu ilə həll olunacağı təqdirdə belə Rusiyanı təhlükə hesab edəcək.

“7Times.az” xarici KİV-ə istinadla xəbər verir ki, bunu NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinə rəhbərlik edən Amerika Hərbi Hava Qüvvələrinin general-leytenantı Aleksus Qrinkeviç deyib.

“Müharibə Ukraynada – qapımızın astanasında davam edir. Hətta sülh yolu ilə nizamlanma baş versə belə, Rusiya öz imkanlarını bərpa edə biləcək. Mənim fikrimcə, Rusiya, şübhəsiz ki, təhlükəsizliyə təhdid olaraq qalacaq”, – deyə general Visbadendəki konfransda çıxışı zamanı bildirib.

Qrinkeviç alyans üçün digər “təhdidləri” də sadalayıb. Onun sözlərinə görə, NATO terror aktlarından, münaqişələrin artmasından və Yaxın Şərqdə gərginlikdən narahatdır. General təhdid mənbələri sırasında Çinin də adını çəkib.

“AzPolitika.info”