Maqazin

“Müharibə dövründən dostlarımı itirdiyimə görə sevinirəm” – VİDEO

“Müharibə dövründən dostlarımı itirdiyimə görə sevinirəm” – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Söz-söhbətlərdən, gündəmdə olmaqdan, qalmaqallardan bezdim. Pis yox, yaxşı işlərimlə gündəmdə idim. Amma artıq sakitçiliyə çəkilmişəm. Nə qədər söz-söhbət olar? Bezirəm! Haqqında çox yazılıb-pozulandan insan bezir”.

7Times.az  bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri yardımsevərliyi ilə məşhurlaşan, idmançı Kamil Zeynallı “Space maqazin” verilişinə müsahibəsində deyib.

Fitnes məşqçi bildirib ki, İkinci Vətən müharibəsi zamanı dost dediyi insanların üzərindən xətt çəkib:

“Pandemiya və müharibə dövründə çox tanış və dostlarımı itirdiyimə görə sevinirəm. Onların əsl sifətlərini, yalanlarını gördüm. Amma bu müddət ərzində az itirdim, çox qazandım. Onların sayı barmaq qədər az olsa da, amma yaxşı ki, itirdim”