Dünya

“Müharibə nə vaxt bitər?” sualına Zelenskidən CAVAB

“Müharibə nə vaxt bitər?” sualına Zelenskidən CAVABbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müharibə biz qalib gələndə bitər. Rusiya bu müharibəni daha tez bitirə bilər. Bunun üçün torpaqlarımızı tərk etməlidirlər”.

7Times.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləriUkrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi Birliyinin (AST) Sammitində iştirak etmək üçün Moldovaya səfəri zamanı deyib.

Daha əvvəl təklif etdiyi sülh formuluna toxunan Zelenski bu məqsədlə sammitin çağırılması üzərində çalışdıqlarını bildirib:

“Biz mümkün qədər çox ölkənin iştirakını istəyirik. Ona görə də hələ bir tarix təyin etməmişik”.

Xatırladaq ki, Zelenskinin daha əvvəl gündəmə gətirdiyi 10 bəndlik sülh planına Ukraynanın ərazi bütövlüyünün təmin edilməsi, Rusiya qoşunlarının Ukrayna ərazisindən tamamilə çıxarılması və Ukrayna sərhədlərinin bərpası daxildir.