Dünya

“Müharibə olarsa, heç bir ölkə ukraynalıları müdafiə etməyəcək” – Zelenski

“Müharibə olarsa, heç bir ölkə ukraynalıları müdafiə etməyəcək” – Zelenskibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi halında heç bir ölkə ukraynalıları müdafiə etməyəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Rusiya genişmiqyaslı işğala qərar verərsə, heç bir ölkə Ukraynanı müdafiə etməyəcək. Bu isə NATO üçün çox qorxuludur. Çünki Ukrayna NATO-ya alınarsa, sonradan nəsə olarsa, onu müdafiə etmək lazım gələcək və bu, NATO üçün çox ciddi çağırışdır. Amma demək istəyirəm ki, bəzi Avropa ölkələri belə düşünür və Ukraynanı qəbul etmək riskinə getmək istəmirlər. Genişmiqyaslı müharibə olarsa, o zaman bu müharibə bəzi NATO ölkələrinin sərhədlərində də olacaq. Bu mütləq olacaq”, – Zelenski bildirib.

Ukrayna lideri onu da qeyd edib ki, Ukrayna ordusu NATO ölkələrinin silahlı qüvvələrindən zəif deyil.

“İnanıram ki, bu gün ordumuza tam etibar etdiyimiz vəziyyət yaranıb. Ordumuz yeni gələnlərdən təşkil olunmayıb, ciddi ordudur və əgər söhbət NATO səviyyəli ordudan gedirsə, mən hesab edirəm ki, biz o səviyyədən zəif deyilik”, – deyə Zelenski izah edib.

Eyni zamanda, Ukrayna lideri qeyd edib ki, ölkə ətrafında eskalasiya artmayıb, lakin bununla bağlı bəyanatlar çaxnaşmaya səbəb olub və bu da öz növbəsində Ukrayna maliyyə bazarına mənfi təsir edib.