Dünya

Müharibə olsa, əsgərlərimizin qarşısına erməni qızları çıxacaq

Müharibə olsa, əsgərlərimizin qarşısına erməni qızları çıxacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyinin elan etdiyi atıcılıq kurslarında iştirak etmək üçün 1500-ə yaxın Ermənistan vətəndaşı müraciət edib. Onlardan 1300-ü qadın, 200-ü kişidir.

7Times.az   xəbər verir ki, bu barədə “Armenpress”ə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.

İştirak üçün müraciətlər oktyabrın 17-dən 30-dək qəbul edilib. Hələ oktyabr ayında Müdafiə Nazirliyi müsabiqə elan edərkən qadınlara üstünlük veriləcəyini qeyd etmişdi.

Atıcılıq kursları orduda xidmət etməyən vətəndaşlar üçün nəzərdə tutulub.

“İştirakçıların mümkün məşğulluğunu nəzərə alaraq, şənbə və bazar günləri atıcılıq kursları keçirməyi planlaşdırırıq. İlk atıcılıq dərsi noyabrın 5-də baş tutacaq. İştirakçılar Müdafiə Nazirliyinin nəqliyyat vasitələri ilə mərkəzi toplama məntəqəsindən aparılacaq. Onlar yeməklə təmin olunacaqlar.Deməliyəm ki, onlara hər cür şərait yaradılacaq”, – Torosyan bildirib.

Müdafiə Nazirliyi hazırda qruplar formalaşdırır. Məsul şəxslər əmin ediblər ki, bütün müraciət edənlər kurslarda iştirak etmək imkanı əldə edəcəklər.

Mətbuat katibi vurğulayıb ki, atıcılıq təlimi təcrübəli hərbçilər tərəfindən aparılacaq. Dərslər bir neçə hissəyə bölünür: iştirakçılar silahların konstruksiyasını, onların taktiki-texniki xüsusiyyətlərini, nişan alma hazırlığını, təhlükəsizlik qaydalarını, silah klipinin doldurulması və yenidən yüklənməsini, silahların yığılması və sökülməsini, atəş mövqeyini tutmağı, praktiki atəşi öyrənəcəklər. İlk yardım dərsləri də keçiriləcək. Təşkilatçılar ən yaxşı kursantların irəli çəkilməsini də planlaşdırıblar.

Torosyanın sözlərinə görə, çox güman ki, kurslar dövri xarakter alacaq.

Yenisabah.az