ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rusiyanın mümkün müdaxiləsi ilə bağlı Ukraynanı kəşfiyyat məlumatı ilə təmin etmək üçün plan hazırlayır.
7times.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
ABŞ müdafiə katibinin köməkçisinin müavini Evelin Farkas ölkəsinin Ukraynaya hansı şəkildə yardım edə biləcəyindən danışarkən deyib:
“Bizim edə biləcəyimiz ilk şey real vaxt rejimində əməliyyat məlumatı toplamaqdır. Belə ki, ABŞ rusların sərhədi keçdiyi an onları (Ukrayna ordusu – red.) məlumatlandıracaq və bundan yararlanacaqlar”.
Follow @7timesaz