Dünya

Müharibə zamanı qadına çevrilmiş keçmiş kapitan Moskvada saxlanıldı – FOTOLAR

Müharibə zamanı qadına çevrilmiş keçmiş kapitan Moskvada saxlanıldı – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 22-də səhər saatlarında transgender olaraq adını Katerina Myers dəyişdirmiş Rusiya Federal Xidmətinin kapitanı Aleksandr Çumakov Moskvada saxlanılıb.

7Times.az bildirir ki, Bu barədə “Diqqət, Media” xəbər versə də, eyni mətn Myersin özünün Telegram kanalında da əksini tapıb.

Qeyd edildiyi kimi, 2022-ci ilin dekabrında Rusiya ərazisini tərk etməyə cəhd edən transseksual qadın saxlanılıb. Myers tətilə Meksikaya uçmaq niyyətində olub, lakin onu hava limanından buraxmayıblar. Xüsusi təyinatlılar rusiyalı qadını təxminən 10 saat Domodedovo hava limanında sərhəd nəzarəti zonasında saxlayıblar.

Mayersin keçmiş Federal xidmət zabiti və dövlət sirrinin daşıyıcısı kimi 2026-cı ilə qədər ölkəni tərk etmək hüququ yoxdur.

Hadisə ctimailəşdikdən sonra rus qadına evə getməyə icazə verilib.

Bu gün polis onun mənzilində axtarış aparmğa gəlib. Myers Federal Xidmətin istintaq şöbəsinə aparılıb və onunla əlaqə saxlamaq mümkün olmayıb.

Rəfiqəsinin dediyinə görə, axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları şəxsi gündəliyi, görüş protokollarını (məhkəmə və xidmətdən), LGBT ədəbiyyatı və qadının transgender olması üçün qəbul etdiyi bir şüşə hormon preparatları götürüblər.

İlkin məlumata görə, keçmiş zabitə qarşı Rusiya Federasiyasını tərk etmək cəhdinə görə cinayət işi açılıb. Nəşr sübut kimi qadının mobil telefonu müsadirə edilməzdən əvvəl dostu ilə yazışmasını dərc edib.

“Respublika” nəşri bildirib ki, Mayers – o vaxt hələ Aleksandr Çumakov – 2021-ci ilin sonunda Federal sərhəd xidmətindən istefa verib. O, keçən yay transseksual keçid edib.

Xatırladaq ki, 2022-ci ilin dekabrında Rusiyada LGBT təbliğatı qadağan edilib. İstənilən yaşda olan şəxslər arasında qadağanın pozulmasına görə 5 milyon rubla qədər (80.000 dollardan çox) cərimə nəzərdə tutulur.