İdman

Müharibəni dayandıran adam – Futbol tarixinin 82 yaşlı ən böyük əfsanəsi

Müharibəni dayandıran adam – Futbol tarixinin 82 yaşlı ən böyük əfsanəsibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O, futbol tarixinin ən böyük hücumçusu, ən yaxşı və ən böyük əfsanəsi kimi göstərilir. Karyerası ərzində vurduğu 1000-dən çox qolla bugünkü futbolda qırılmaz rekorda sahibdir. Onu izləmək üçün hətta müharibələr dayanıb… Bu gün 82 yaşlı Peleni əfsanəyə çevirən sadəcə bir neçə faktı sadaladıq.
Sfera.az futbol tarixinin canlı əfsanəsi haqqında yazı təqdim edir.
Əsl adı Edison Arantes do Nasimento olan futbolçu 23 oktyabr 1940-cı ildə anadan olub.
Açıklama yok.

Braziliyanın kasıb məhəlləsi Tres Koraçoesdə anadan olan Pele uşaqlıqda ayaqqabı boyama ustası olub.
İlk dəfə De Brito tərəfindən kəşf edilmişdir. De Brito Santos klubunun rəsmilərinə “Bu oğlan dünyada əfsanəyə çevriləcək”-deyib.

16 yaşında “Santos” komandasına keçib. Pele 1956-1974-cü illərdə bu komandanın formasını geyinib.

Açıklama yok.

“Santos”da olduğu müddətdə komandasına 10 kubok qazandırıb. O, Braziliya Liqasında 11 dəfə bombardir olub.
Həmin vaxt bir çox Avropa klubları Peleni transfer etmək istəyirdi. Lakin Braziliya hökuməti ulduz futbolçunu milli sərvət elan edib və Pele xaricə transfer oluna bilməyib.

Pelenin “Qara mirvari” ləqəbi də buradan gəlir.

 

Açıklama yok.

 

Pele 1974-cü ildə təqaüdə çıxdığını elan etsə də, 1975-ci ildə Amerikanın New York Cosmos komandasına keçib. O, 1977-ci ilə kimi bu komandada çıxış edib və həmin tarixdə yubileyini qeyd edib.

Pelenin Amerikada futbol oynamasının əsas səbəbi futbolu bu ölkədə populyar idman növünə çevirmək idi.
Braziliya millisi ilə 3 dəfə dünya kubokunun qalibi olub (1958, 1962, 1970). 5 dünya kuboku olan Braziliya bu kubokların 3-nü Pele dövründə qazanıb.

O, 93 dəfə millidə çıxış edib və bu matçlarda 77 qol vurub.

 

Pele karyerası ərzində 6 dəfə bir matçda 5 qol vurub, 30 dəfə bir matçda 4 qol vurub. O, ümumilikdə 92 het-trik edib.

Açıklama yok.

 

Bu gün bəziləri onu dünyanın ən yaxşısı kimi qəbul edir, bəziləri isə karyerası boyu yalnız Braziliya və Amerikada oynadığı üçün bunu inkar edir.

 

Maradona yoxsa Pele? Messi yoxsa Pele? Müqayisələr davam edəcək. Bununla belə, Pelenin oynadığı dönəmdə Braziliya futbolunu tamam başqa yerə daşıdığına şübhə yoxdur.

 

Açıklama yok.

Bununla yanaşı, dünyada Peledən başqa heç bir idmançıya belə hörmət göstərilməyib.
Hətta o dərəcə ki, Nigeriyada vətəndaş müharibəsi gedəndə Pelenin matçını izləmək üçün 2 günlük atəşkəs elan edilib.

Açıklama yok.

Digər bir fakt isə Pele Braziliya Liqasında oynanılan matçdan qovulduqdan sonra azarkeşlər üsyan edərək hakimi çətin vəziyyətdə qoyublar. Bunun üzərinə Pele 15 dəqiqə sonra oyuna qayıdıb.

82 yaşlı Pele futbol həyatında və ondan sonra bir çox mükafatlara layiq görülüb.

Açıklama yok.

1959 Amerika Kuboku Ən Yaxşı Oyunçu Mükafatı, 1970 FIFA Dünya Kuboku Qızıl Top Mükafatı, 1970 BBC İlin Xaricdə İdmançısı Mükafatı, 1973-cü ildə Cənubi Amerikada İlin Futbolçusu, 2000-ci ildə Laureus Ömür Boyu Uğur Mükafatı, 20201-ci ildə BBC Ömür Boyu Uğur Mükafatı, BBC Lifetime Achievement Award, 2014-cü ildə FIFA Ballon d’Or Prix d’Honneur Mükafatı.

Açıklama yok.

1999-cu ildə Məhəmməd Əli və Maykl Cordan kimi əfsanələri geridə qoyaraq əsrin idmançısı seçilib.

2004-cü ildə FIFA 100 adı ilə yaşayan ən yaxşı idmançılar siyahısına daxil olub.

Açıklama yok.

2016-cı ildə əfsanənin həyatından bəhs edən film də çəkilib.

Pele haqqında deyilən və xatırlanan sözlərdən ən maraqlısı futbolçu Franz Bekkenbauerə məxsusdur:

“Mükəmməl sözünü işlətmək istəyirsinizsə, Pele demək olar ki, bu sözün ortasındadır. O, futbol tarixinin gəlmiş-keçmiş ən yaxşı oyunçusudur”.