Hərbi

Müharibənin bir günü İsrailə neçəyə başa gəlir? – Hökumət büdcəni dəyişir

Müharibənin bir günü İsrailə neçəyə başa gəlir? – Hökumət büdcəni dəyişirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail hökuməti 2023-2024-cü ilı büdcəsini dəyişmək qərarını verib.

“AzPolitika.info” xəbər verir ki, bunu İsrailin Maliyyə naziri Batsalel Smotriç açıqlayıb.

Nazir deyib ki, müharibə səbəbindən əvvəlki büdcə öz aktuallığını itirib və yenidən hazırlanmalıdır. Smotriç qeyd edib ki, hazırda davam edən savaşın bir günü İsrail büdcəsinə 246 milyon ABŞ dollarına başa gəlir. Bu xərclər yeni büdcədə nəzərə alınmalıdır.

Bununla yanaşı, nazir qeyd edib ki, bütün əlavə xərclərə baxmayaraq, İsrailin büdcə kəsiri böyük olmayacaq.