Dünya

Müharibənin dəhşətli statistikası: 9 ay ərzində 6655 dinc sakin həlak olub…

Müharibənin dəhşətli statistikası: 9 ay ərzində 6655 dinc sakin həlak olub…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mülki əhali arasında qurbanların çox hissəsi geniş təsir radiuslu partlayış təhlükəli silahların tətbiqi ilə bağlı olub…”

“Zərərçəkənlərin faktiki sayı xeyli çoxdur, çünki bəzi yerlərdən mülki əhali arasında çoxsaylı qurbanlar barədə məlumatlar daxil olmaqda davam edir…”
Ukrayada fevralın 24-dən 6655 dinc sakin həlak olub, daha 10, 3 min nəfər yaralanıb.
Moderator.az xəbər verir ki, bu barədə BMT-nin insan haqları üzrə Ali Komissarı İdarəsinin hesabatında deyilir.
Məlumatı “Lenta.ru” nəşri yayıb.
“24 fevral-27 noyabr 2022-ci ildə BMT-nin insan haqları üzrə Ali Komissarının İdarəsi dinc əhali arasında 17.023 qurban, o cümlədən 6655 qətlə yetirilən və 10.368 yaralanan qeydə alıb”, – sənəddə deyilir.
Təşkilatın məlumatına görə, qeydə alınan 6655 ölüm hallarından 2601 kişi, 1783 qadın, 173 qız və 209 oğlan, həmçinin 37 uşaq və cinsi bəlli olmayan 1852 nəfər təşkil edib.
Yaralananlardan 2245 kişi, 1604 qadın, 215 qız və 304 oğlan, həmçinin 250 uşaq və cinsi müəyyən olunmayan 5750 nəfər təşkil edib.
O cümlədən Donetsk və Luqansk vilayətlərində 9277 zərərçəkən, o cümlədən 3939 həlak olan və 5338 yaralanan qeydə alınıb.
Bu vilayətlərin Ukrayna hökuməti tərəfindən nəzarət olunan ərazilərində 7305 adam zərər çəkib, onlardan 3490 həlak olan, 3815 yaralanan qeydə alınıb.
Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində 1972  nəfər zərər çəkib, onlardan 449 nəfər həlak olub, 1523 nəfər yaralanıb.
“Ukraynanın itkilər zamanı Ukrayna hökumətinin nəzarətində olan digər regionlarında 7507 qurban, o cümlədən 2656 nəfər həlak olan, 4851 nəfər yaralanan qeydə alınıb”, – BMT-nin hesabatında deyilir.
Qeyd edilir ki, mülki əhali arasında qeydə alınan qurbanların çox hissəsi “geniş təsir radiusu olan partlayış təhlükəli silahın tətbiqi”, o cümlədən ağır artilleriya, yaylım atəşli reaktiv sistemlər, raketlər və hava zərbələri ilə bağlı olub.
BMT ekspertlərinin fikrincə, zərərçəkənlərin faktiki sayı xeyli çoxdur, çünki intensiv döyüş əməliyyatları gedən bəzi yerlərdən informasiyanın daxil olması ləngiyir, bir çox məlumatlar isə dəqiqləşdirilməlidir.
Bu, məsələn, Mariupol (Donetsk vilatəti), İzyum (Xarkov vilayəti), Lisiçansk, Popasnaya və Severodonetsk (Luqansk) məntəqələrinə aiddir. Oralardan mülki əhali arasında çoxsaylı qurbanlar barədə məlmatlar daxil olmaqda davam edir.