Ölkə

Murad Dadaşovdan yayımı dayandırılan verlişlərlə bağlı AÇIQLAMA

Murad Dadaşovdan yayımı dayandırılan verlişlərlə bağlı AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xəzər TV” kanalının rəhbəri Murad Dadaşov, yayımını dayandırıdığı verilişlər ilə bağlı açıqlama verib.

7times.az xəbər verir ki, 42 yaşlı Xalq Artisti bu haqda rəsmi “İnstagram” səhifəsində paylaşım edib:

“Əsaslı tənqidə mən çox rahat və hörmətlə yanaşıram. Eşitməyə və dinləməyə hazıram. Amma hərdən etiraf edək ki, əsassız tənqidlər də olur. Məsələn, “Xəzər” telekanalında illərdir tənqid olunan verilişləri biz yayımdan qaldırandan sonra elə bir tənqid dalğası ilə üzləşdik ki, çox təəccübləndim. Sosial şəbəkələrdə inanılmaz bir hücum oldu. Siz o verilişləri niyə bağladınız? İnsanlar çox fərqlidir. Hamı eyni verilişə, eyni kanala baxa bilməz. Ümumiləşdirilmiş bir yayım siyasəti olmalıdır. Biz başa düşməliyik ki, Azərbaycan tamaşaçısı keyfiyyətli məhsula baxmağa layiqdir”.

Elmir Kərimli