Maqazin

“Musa dedi igidin malı gözünün önündə gərək…” – Təranə Qumral

“Musa dedi igidin malı gözünün önündə gərək…” – Təranə Qumralbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Təranə Qumral qatıldığı proqramlardan birində əri Musa Musayev barədə danışıb.

7Times.az  lent.az-a istinadən bildirir ki, , o Musa ilə evlənəndən sonra müğənniliyə başladığını deyib.

“Musya qədər mən saç ustasının yanında şagird də işləmişəm, dərzilik də öyrənmişəm. Kasıb günlərim olub, danmıram. Bir gün evdə bir mahnını birlikdə oxuduq, dedi, oxu, amma yalnız mənimlə oxuyacaqsan, igidin malı gözünün önündə gərək”, – o bildirib.

Təranə qeyd edib ki, Musa Musayev 60 yaşında olsa da, gənc görünür və bunun səbəbkarı onun özüdür.

“Onu saxlayan var (gülür). Kişi məni atıb gedə bilməz. Birincisi, mən çox gözələm, həm də təbii gözələm, ikincisi səliqəliyəm, üçüncüsü sadiqəm, onu əl içində gəzdirirəm, həm də günahlarını bağışlaya-bağışlaya”, – o bildirib.