“Müsəlman ölkələri regional böhranların həll olunmasında və terrorizm ilə mübarizədə Rusiyanın köməyinə arxalana bilər”.
7Times.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Rusiya – İslam dünyası” XII Beynəlxalq İqtisadi Sammit iştirakçılarına ünvanladığı məktubda bildirib.
“Qeyd etmək istərdim ki, tərəfdaşlarımız regional böhranların və kəskin sosial problemlərin, bütün terrorizm və ekstremizm hallarının aradan qaldırılması səylərində Rusiya Federasiyasının dəstəyinə və birgə fəaliyyətinə arxalana bilər”, – deyə Putin sözlərinə əlavə edib.
Məktubda, həmçinin qeyd olunur ki, Rusiya və müsəlman ölkələri arasında münasibətlər ənənəvi olaraq dostluq və konstruktiv xarakter daşıyır.