Dünya

Müsəlman qız bu Avropa ölkəsində ilin ən yaxşı tələbəsi oldu…-FOTO

Müsəlman qız bu Avropa ölkəsində ilin ən yaxşı tələbəsi oldu…-FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niderlandda yaşayan Suriya mənşəli müsəlman qız ilin ən yaxşı tələbəsi seçilib.

Moderator.az bu haqda xarici İslam saytlarına istinadla xəbər verir.
“Hora Siccamasingel”də biznesin idarə edilməsi fakültəsinin ikinci kurs tələbəsi olan 19 yaşlı Lava Hacı özü üçün böyük sürpriz olaraq “MartiniPlaza”-da illik “Noorderpoort 2022” mükafatını qazanıb.
“Özümü çox məmnun hiss edirəm” deyə Lava bildirib.
Niderlandın peşə təhsili üzrə rəsmi saytının məlumatına görə, Hacı münsiflər heyətinin qərarı ilə bu titulu qazanıb. Mərkəz suriyalı tələbəni özünə güvənən və nə istədiyini tam bilən mükəmməl bir şəxs kimi təsvir edib.