Maqazin

“Musiqini siyasətin qurbanına çevirməyək”

“Musiqini siyasətin qurbanına çevirməyək”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avroviziya” təmsilçilərimizdən olan Samirə Efendi əcnəbi fanatlarının tənqidinə tuş gəlib. 

 

 

Axşam.az xəbər verir ki, bundan sonra sənətçi instaqramında paylaşım edərək onlara cavab verib.

“Əziz dostlar, son vəziyyətlə bağlı sizlərə müraciət etmək istəyirəm. Müharibə və təcavüzə qarşıyam. Hansısa ölkədə olmağım oranın siyasətini dəstəkləyirəm anlamına gəlmir. Musiqini silaha, eyni zamanda siyasətin qurbanına çevirməyək. İndi çətin ərəfədəyik, aqresiya yox, sevgi yayın” deyə, o yazıb.

İfaçı daha sonra “Ölkəmi hər zaman dəstəkləmişəm və dəstəkləyəcəyəm də. Allah bütün şəhidlərə rəhmət eləsin” deyə, Samirə paylaşımında qeyd edib.