Dünya

Mustafa Sandalın həyat yoldaşı minikopter qəzasına düşdü – FOTO

Mustafa Sandalın həyat yoldaşı minikopter qəzasına düşdü – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Mustafa Sandalın arvadı Melis Sütşurup qəzaya düşüb. 

7Times.az  xəbər verir ki, Bodrumda həyat yoldaşı Mustafa ilə istirahət edən Melisin səyahət üçün mindiyi minikopter qəzaya uğrayıb.

Hava gəmisi Gökova bölgəsi üzərində bir-iki dəfə fırlandıqdan sonra eniş etmək üçün Bodruma qayıdıb.

Bu zaman minikopterin motorunda problem meydana gəlib. Pilot Yılmaz onu həll etməyə çalışarkən hava gəmisi zeytun ağaclarına çırpılaraq qəzaya uğrayıb.

Qəza baş verən bölgəyə təcili yardım və axtarış-xilasetmə briqadası cəlb olunub.

Yaralılar minikopterdən çıxarılaraq xəstəxanalara göndərilib. Mustafa Sandalın arvadı Melisin sol biləyi qırılıb. Onu Muğladakı xəstəxanalardan birinə aparıblar.

BAKU.WS