Gürcüstanda koronavirusun yeni, Britaniya ştammına üç yoluxma halı təsdiqlənib.
7times.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.
Onun sözlərinə görə, yoluxanların təmasda olduğu 31 nəfər müəyyən edilib.
Qeyd edək ki, fevralın 24-də Gürcüstanda koronavirusa yoluxmada yenidən artım müşahidə olunub. Son sutka ərzində Gürcüstanda daha 443 nəfərdə koronavirus təsdiqlənib, 6 nəfər isə ölüb.
Hazırda Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 269 min 438-ə, pandemiya qurbanlarının sayı isə 3 min 463-ə çatıb. axar.az
Follow @7timesaz