Dünya

Mütəxəssislərdən HƏYƏCAN TƏBİLİ: “Daha pis vəziyyətə HAZIR OLUN!” 

Mütəxəssislərdən HƏYƏCAN TƏBİLİ: “Daha pis vəziyyətə HAZIR OLUN!”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ilin yay mövsümündə ABŞ-də, Avropada və dünyanın digər regionlarında havaların çox isti keçməsi və quraqlıq müşahidə edilir. 

7Times.az  BBC-yə istinadən xəbər verir ki, bu il ABŞ-də temperatur son onilliklərin ən yüksək həddinə çatıb. Texas ştatının El Paso şəhərində havanın temperaturu bir ay ərzində 37 C-dən aşağı düşməyib. Böyük Britaniyada isə iyunda qeydə alınan istilər 1940-cı ildəki rekord tempraturdan yüksək olub.Şimali Afrika, Yaxın Şərq və Asiya ölkələrində də vəziyyət oxşardır. Adıçəkilən regionlarda havanın tempraturu aylıq normadan yüksəkdir.

Avropa İttifaqının iqlim və meteoroloji xidmətinin məlumatına görə, indiyə qədər qlobal səviyyədə qeydə alınan ən isti üç gün ötən həftə olub. İyulun 3-də dünyanın orta temperaturu 16,89 C-yə çatıb və ilk dəfə iyulun 4-də 17,04 C-yə yüksəlib.

“Met Office” və “Exeter” Universitetinin iqlim üzrə alimi Rişard Betts deyir ki, qeydə alınan yüksək temperatur təəccübləndirməməlidir. Onun sözlərinə görə, iqlim normasından yüksək tempraturların qeydə alınması illər öncədən proqnozlaşdırılan nəticələrdir:

 

“Atmosferdə istixana qazlarının miqdarının artması qlobal istiləşməyə səbəb olur. Əgər belə yüksək tempraturların olmasını istəmiriksə, o zaman, istixana qazlarının atmosferə atılmasını minimuma endirməliyik. Düzdür, yer səthinin yaxınlığında yığılan istiliyin çox hissəsi atmosferdə deyil, okeanlarda olur. Biz bu yaz və yayda bəzi rekord okean temperaturları gördük. Məsələn, Şimali Atlantikada indiyə qədər səth sularının ən yüksək temperaturunu müşahidə etdik. İsti su axını xüsusilə Böyük Britaniyanın sahillərində nəzərə çarpıb. Burada bəzi ərazilərdə iyunda gözləniləndən 5C-yə qədər yüksək temperatur müşahidə olunub”.

“Exeter” Universitetinin iqlim dəyişikliyi professoru Tim Lenton isə deyir ki, dənizlər həmişəkindən daha isti olarsa, daha yüksək hava istiliyi qeydə alınacaq. O izah edib ki, istixana qazlarının yığılması nəticəsində yaranan əlavə istiliyin böyük hissəsi okeanın səthinin istiləşməsinə səbəb olur. Lakin bir müddətdən sonra suyun üzərində olan istilik atmosfer havasını da qızdırır.

 

İstixana qazı emissiyaları ildən-ilə artmaqda davam edir. Qlobal enerji nəzarətçisi olan Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, artım tempi bir qədər azalıb, lakin karbon qazı emissiyaları 1% artıb.

Mütəxəssislər qorxurlar ki, bu il qeydə alınanlar yalnız başlanğıcdır. İstixana qazı emissiyaları kəskin şəkildə azaldılmasa, temperatur yüksəlməyə davam edəcək.

Aparılan müşahidələr göstərir ki, havanın və suyun temperatunun yüksəlməsi suda yaşayan canlıların məhvinə də səbəb ola bilər. Böyük Britaniyada iyunun rekord istilərindən sonra çaylarda və kanallarda yaşayan balıqlar arasında ölüm bunu təsdiqləyir.

Mütəxəssislər insanları getdikcə daha isti və xaotik iqlim şəraitinə hazır olmağa çağırır.

Sfera.az