“Ukraynada müvəqqəti atəşkəs Rusiyanın xeyrinə olacaq”.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Bildirilib ki, bu halda Rusiya qüvvələrini yenidən qruplaşdırmağa imkan tapacaq:
“Həmçinin Ukraynaya Qərbin dəstəyi azala bilər”.
Qeyd olunub ki, Rusiya İrandan aldığı “Shahed” pilotsuz uçuş aparatlarının (PUA) keyfiyyətindən narazıdır:
“Buna baxmayaraq, Moskva Tehranı uzunmüddətli strateji tərəfdaş kimi saxlamaq istəyir. İran Rusiyaya “Shahed”ləri təmin etməklə bu dövlət üzərində üstünlüyü təmin etməyə çalışmış ola bilər”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
Follow @7timesaz