Ölkə

Muxtar Babayevin vəzifəsi ilə bağlı – QƏRAR

Muxtar Babayevin vəzifəsi ilə bağlı – QƏRARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət orqanlarında inzibati və yardımçı vəzifələrin təsnifatında dəyişiklik edilir.

 

7Times.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

 

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi inzibati vəzifələrin birinci təsnifatına aid ediləcək.

 

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin 5 fevral 2025-ci il tarixli sərəncamları ilə Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub.

 

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.