Dünya

“Müzakirə aparmağa hazırıq…” – Gürcüstan hökuməti geri çəkilir?

“Müzakirə aparmağa hazırıq…” – Gürcüstan hökuməti geri çəkilir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Baş naziri İrakli Kobaxidze hesab edir ki, Gürcüstan hakimiyyəti “xarici agentlər” haqqında qalmaqallı qanunla bağlı Qərb tərəfdaşları ilə “mövqeləri uzlaşdıra” bilər.

7Times.az  xəbər verir ki, Baş nazir bu qanunun mətnində müəyyən güzəştlərə getməyə hazır olduqlarına işarə edib.

Kobaxidze bildirib ki, son görüşlərdə Qərb tərəfdaşları ilə dialoqda “pozitiv dəyişikliklər” görür: “Məndə belə bir təəssürat yaranıb ki, indi qanun normalarını müzakirə etməyə hazırıq”.

Onun sözlərinə görə, kompromis təkliflər Prezident Salome Zurabişvilinin qanunun yekun üçüncü oxunuşda qəbul edilməsindən sonra tətbiq edəcəyi veto ilə birgə verilə bilər: “Burada bizim tərəfdaşlarımız konkret şərhlər verməli və bunlar prezidentin vetosunda əks etdirilməli olacaq. Siz bilirsiniz ki, veto parlamentə gələndə o, konkret qanun layihəsi şəklində formalaşdırılmalıdır”.

Eyni zamanda, Kobaxidze açıq şəkildə bildirib ki, “Gürcü arzusu” qanunun adının dəyişdirilməsi və ya donor maliyyələşməsində əhəmiyyətli paya malik olan təşkilatlar üçün xüsusi statusun tətbiqindən imtina kimi fundamental dəyişikliklərə razı olmayacaq.

“AzPolitika”