Müğənni Nadir Qafarzadə ölkədən gedib.
7Times.az yenisabah.az-a istinadən xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkə hesabında məlumat verib.
Bir neçə gün əvvəl fəxri ad ala bilməməsi ilə bağlı yayılan müraciətdən sonra Nadir Qafarzadəni dəstəkləyən də, tənqid edən də oldu. Bəziləri Nadirin şikayətlərini ölkədən biryolluq getməsi üçün bəhanə saydı.
Müğənni saytımıza açıqlamasında bu ittihamların əsassız olduğunu, ölkədən getmək planının olmadığını bildirsə də, o, hava limanından görüntülərini paylaşaraq izləyiciləri ilə xudahafizləşib:
“Hər kəsin yolu açıq olsun. Görüşənədək! Hava limanında sonuncu əlvida. Mən uçub getdim çox uzaqlara…”
Follow @7timesaz