Maqazin

Nadir Qafarzadədən SƏRT SÖZLƏR: “Hara baxırsan, 3 dılğırı görürsən”

Nadir Qafarzadədən SƏRT SÖZLƏR: “Hara baxırsan, 3 dılğırı görürsən”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Nadir Qafarzadə sosial şəbəkə hesabında canlı yayımda giley-güzar edib.

 

7Times.az  xəbər verir ki, müğənni ad çəkmədən hədəf aldığı məşhurlar barədə ağır ifadələr işlədib.

 

“Hansı sosial şəbəkəni açırsan, 3 tərbiyəsizi görürsən. Hamı onlara baxır, hamı onları varlandırır. İnsanlar ən vacib məsələlərini qoyub kənara, ancaq bu 3 əxlaqsızla məşğuldur. İş ondadır ki, nifrət də etmirlər, onlara pullar qazandırırlar.Bir gecədə 25 min dollar pul qazanan var. Soysuz, köksüz 3 dılğır cəmiyyətin başını qatır. Problemi olan qaziyə, ehtiyac sahibinə heç kim dönüb baxmır, hamı pulunu tökür bu 3 dılğıra.Bunlar alimdir, professordur, hərbçidir, incəsənət xadimidir, kimdi bunlar? Ölkə əhalisinin gör nə qədəri onların səviyyəsindədir, səviyyəniz budur bax”, – o bildirib.

 

Nadir Qafarzadə ad çəkməsə də, gələn rəylərdə onun Nia, Sabir və Furkan adlı 3 tiktokeri nəzərdə tutduğu yazılıb.(lent.az)