Naftalan şəhərində istixana ərazisində yanğın baş verib.
Bu barədə 7Times.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Belə ki, ümumi sahəsi 1000 m² olan birmərtəbəli inzibati binanın sahəsi 50 m² olan 1 otağının plastik pəncərə çərçivəsi və içərisində olan əşyalar qismən yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavanı əriyib.
Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Follow @7timesaz