Maqazin

Naibə Allahverdiyeva: “Kişilərin sayı azalıb, əxlaqsızlıq baş alıb gedir”

Naibə Allahverdiyeva: “Kişilərin sayı azalıb, əxlaqsızlıq baş alıb gedir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Naibə Allahverdiyeva qadınların yükünün ağır olduğunu deyib.

Publika.az-a açıqlama verən aktrisa qadınların dünya yaranandan bu günə qədər şiddətə məruz qaldığını, öldürüldüyünü, təhqir olunduğunu bildirib.

“Qadınların pis yola düşməsinin səbəbkarı kişilərdir. Onlar gərək qadınlara hər bir işdə örnək olsunlar. Amma indi kişilərin sayı azalıb. Buna görə də əxlaqsızlıq baş alıb gedir. Mən əxlaqsızlıq edən qadınlara heç vaxt bəraət qazandırmamışam, qazandırmaram da. Amma bir qadın bataqlığa düşürsə, onu oradan çıxaran da kişi olmalıdır. Əvvəllər belə deyildi. Kişilərin bir çəkisi var idi, kişilərin sözü söz idi. Heç bir kişi ondan qaça bilməzdi. Ona görə qadınlar da qadın idi. İndi o da qalmayıb. Qadınlar bundan nə örnək götürəcəklər?! İndi qadınlar da sanki özlərini itiriblər. Heç özüm də bilmirəm ki, nə baş verir. Hər şey bir-birinə qarışıb. Allah axırını xeyir etsin!” – aktrisa əlavə edib.