Ölkə

Namiq Ələkbərova yüksək VƏZİFƏ VERİLDİ

Namiq Ələkbərova yüksək VƏZİFƏ VERİLDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) məxsus “Qəbələ Radiolokasiya Stansiyasının İnzibati Təsərrüfat Zonası və Texniki Mövqe” MMC-nin (Qəbələ RLS) direktoru İsmayıl Həsənli vəzifəsindən azad edilib.

 

7Times.az  report-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Xidmətinin rəisi Mətin Eynullayev əmr imzalayıb.

 

Onun digər əmri ilə RLS-ə rəhbərlik Namiq Ələkbərova həvalə olunub.

 

Xatırladaq ki, Qəbələ RLS 1985-ci ildə inşa edilib, 2013-cü ilə qədər Rusiyanın Müdafiə Nazirliyinin istismarında, 2013-2014-cü illərdə Azərbaycanın Müdafiə Nazirliyinin, ondan sonra isə dövlət əmlakı kimi ƏMDX-nın balansında olub.