Xarici işlər naziri Hakan Fidan ABŞ-ın yeni prezidenti Donald Trampın Suriya hadisələri fonunda Rəcəb Tayyib Ərdoğan və Türkiyə ilə bağlı sözlərini şərh edib.
7Times.az xəbər verir ki, H.Fidan “France 24”ə müsahibəsində Trampın bu yöndə mənfi anlamda hər hansı söz demədiyini bildirib.
“Baş verənləri tərif etmək məqsədilə dediyini düşünürəm. Suriyada yaşanan hadisə Türkiyənin “ələ keçirməsi” olaraq şərh edilə bilməz. Burada ələ keçirməkdən söhbət gedirsə, Suriya xalqının hakimiyyəti ələ keçirməsidir”, – deyə o bildirib.
Qeyd edək ki, Tramp Suriyada yaşanacaq hadisələrin açarının Türkiyədə olduğunu bildirmiş və Ərdoğanı olduqca güclü lider kimi xarakterizə etmişdir.
Follow @7timesaz