Maqazin

Namiq Qaraçuxurlu kimdir? – Özünə gəlinsiz toy edən, oğullarını gizlədən “Kazanova”

Namiq Qaraçuxurlu kimdir? – Özünə gəlinsiz toy edən, oğullarını gizlədən “Kazanova”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Namiq Qaraçuxurlu kimdir? – Özünə gəlinsiz toy edən, oğullarını gizlədən “Kazanova”

7Times.az  Lent.az-a istinadən “Bioqrafiya” rubrikasında meyxanaçı Namiq Qaraçuxurludan bəhs edir.

– Namiq Qaraçuxurlunun əsl adı, soyadı necədir?

Onun rəsmi sənədlərdə adı Namiq Hilal oğlu Şükürov kimi yazılır. Yaşadığı Qaraçuxur qəsəbəsinin adını özünə təxəllüs götürüb.

– Namiq Qaraçuxurlunun neçə yaşı var?

Namiq Qaraçuxurlu 8 noyabr 1978-ci ildə Qaraçuxur qəsəbəsində anadan olub.

– Namiq Qaraçuxurlunun ali təhsili var?

Yoxdur. O, 104 nömrəli orta məktəbi bitirib.

– Namiq Qaraçuxurlunun sənət yolu necə başlayıb?

1997-ci ildə Şəhriyar adına mədəniyyət sarayında keçirilən meyxana müsabiqəsində ikinci yer tutub. 1999-cu ildə ilk kaseti işıq üzü görüb. 2001-ci ildə “And içmişdik” adlı albomu çıxandan sonra meyxanaçının və meyxana sənətinin həyatında böyük rol oynayan “Rəvayət” klipi çəkilib. Azərbaycanın müxtəlif bölgələrində konsert verən meyxanaçı 7400 nəfərlik tamaşaçı tutumu olan “Şəfa” stadionunda solo konsert verib. Mütəmadi olaraq Hollandiya, Almaniya, İran və Rusiyanın bir çox şəhərlərində konsert verib.

– Namiq Qaraçuxurlunun fəxri adı var?

Yoxdur, lakin o, fəxri ada layiq olduğunu düşünür.

– Namiq Qaraçuxurlu hansı müğənnilərlə duet oxuyub?

Uzun müddət Aygün Kazımova ilə duet oxuyan müğənninin ilk duet ortağı Könül Kərimova olub. Rəhim Rəhimli, Sevil- Sevinc bacıları, Xəyyam Quliyev, Əhməd Mustafayev, Əminə Şirinqızı ilə duetləri var.

– Namiq Qaraçuxurlunun neçə övladı var?

Namiq Qaraçuxurlu 3 övlad atasıdır.. O, illərlə ilk evliliyini və bu evlilikdən olan 2 oğlunu mediadan gizli saxlayıb. Bir zamanlar hamının xalq artisti Aygün Kazımovanın sevgilisi kimi tanıdığı və heç vaxt evli olmadığını deyən meyxanaçının uzun illər yalan danışdığı sübuta yetirilib.

Namiq Qaraçuxurlu uşaqlarının anası Solmazla evlənərkən çox gənc olub. Ailə qurarkən Namiqin 23, Solmaz xanımın isə 24 yaşı olub. Solmaz Şükürova 1977-ci il təvəllüdlüdür. Namiq isə 8 noyabr 1978-ci ildə doğulub. Hazırda hüquqşünas işləyir və subaydır.

Keçmiş cütlüyün rəsmi nikahı 30 avqust 2001-ci ildə Suraxanıda 2 saylı VVAQ-da bağlanıb. Rəsmi nikahdan sonra Solmaz Namiqin soyadını götürüb və Solmaz Şükürova kimi qeydiyyata alınıb.
Bu evlilikdən onların iki övladı dünyaya gəlib. Ümid 7 iyul 2002-ci ildə, Ülvi isə 27 noyabr 2003-cü ildə doğulublar. Başı şou-biznesdə uğur qazanmağa qarışan Namiq Qaraçuxurlunun ailəsi qısa müddətdə dağılıb. Artıq 2004-cü ilin mart ayından onlar ayrılıblar. Bir ildən sonra isə rəsmən boşanıblar.

Namiq və Solmaz Şükürovaların rəsmi nikahı 2 dekabr 2005-ci ildə Suraxanı rayon məhkəməsində rozulub. Keçmiş xanımının sözlərinə görə, Namiq Qaraçuxurlu 8 il övladları ilə maraqlanmayıb. Meyxanaçı boşanandan sonra keçmiş həyat yoldaşına 2 ev bağışlayıb.

– Namiq Qaraçuxurlu Aygün Kazımova ilə sevgili olub?

-Meyxanaçı bunu özü gizlətsə də,  Aygün Kazımova efirdə sevgili olduqlarını, 7 il ər arvad kimi yaşadıqlarını deyib. Sonradan Namiq Qaraçuxurlu Aygün Kazımovanı tərk edib.

– Namiq Qaraçuxurlu evlidir?

Bəli, o, özünə gəlinsiz toy edib, ikinci nikahından bir qızı doğulub. Xanımı bir zamanlar şou-biznesdə olsa da, sonralar peşəsini tərk edib.

– Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun münasibətləri indi necədir?

Uzun ayrılıqdan sonra bir araya gələn cütlük yenidən duet ortağı kimi məclislərdə tüğyan edirlər.

– Namiq Qaraçuxurlu ulduz həyatı yaşayır?

Öz dediyinə görə, yox. “Mən tam olaraq “ulduz həyatı” yaşamıram və çalışıram ki, özümü bu həyata öyrəşdirməyim. Heç bunu istəmirəm də. Mənə olmaz… Çünki çalışıram elə yaşayım ki, sabah bu şan-şöhrət, madiyyat və bu şərait olmayanda mənə ris təsir etməsin. Bəzi məqamlar var ki, orada qoyduğum qaydalardan çıxmıram. Misal üçün, öz dostumun məclisində necə ulduzluq edə bilərəm ki? Elə bir şey ola bilməz. Gördüyünüz kimi dostumun məclisinə tək gəlib, tək də gedirəm. 10 nəfər yanımda gətirim kimi şeylər ola bilməz. İşlə bağlı harasa xidmət göstərməyə getsəm, o zaman orada artıq sənətçi düşüncələri daha irəli gələcək”,- deyə o bildirib.

– Namiq Qaraçuxurlunun neçə avtomobili var?

O, bir neçə bahalı avtomobilə sahibdir. Heç birini kreditlə almayıb.

“Heç vaxt kredit götürməmişəm. Qorxuram. Sadəcə görürəm dəbdir. Hamı alır, mən də alıram. İçində əyləşəndə bahalı maşında olduğumu hiss etmirəm. Sənətçi şəxsi qaraını bəzəyən lüks “Bentley” markalı avtomobilindən də söz açıb:

“Bahalı avtomobilin olmasını ulduz həyatı ilə əlaqələndirmirəm. Bizim o qədər bahalı maşın sürən sənətçilərimiz var ki, onlarda ulduzluqdan əsər-əlamət yoxdur. Və ya bizim lüks avtomobil idarə edən biznesmenlərimiz var ki, onlar ulduz deyillər. Bu, Allahın verdiyi bir fürsətdir, dəyərləndiririk.

Mənim üçün bu cür məqamlar heç zaman vacib olmayıb. Ürəyim istəyib, bahalı maşın alıb, sürürəm. Mən ona da özümü öyrəşdirmirəm. Dostumun məclisinə adi bir avtomobillə gəlmişəm. Özümü bahalı və ulduz həyatına öyrəşdirmirəm. Hərdən dadıram. O da ki, daimi deyil. Mənim üçün avtomobil ulduzluq yox, rahatlıq və komfortdur. “Bentley ” avtomobilimi də ara-sıra sürürəm”.

– Namiq Qaraçuxurlu üçün ən çətin şey nədir?

Müğənni bu suala belə cavab verib. “İstənilən ayrılığı çətin keçirirəm. Dostdan da ayrılanda çətin keçirirəm. Hətta evi dəyişəndə, çarpayını dəyişəndə belə, bunu çətin keçirirəm”.

– Namiq Qaraçuxurlu sənətdən getmək barədə düşünür?

O, bu suala belə cavab verib: “Hərdən ağlıma gəlir ki, 5 və ya 10 ildən sonra bu sənətdən gedim. Bu kimi şeylər ağlıma gəlib-gedir. Amma indidən bunu açıqlaya bilmərəm. Gərək, bunu bir il öncədən deyim və buna hazır olum. Bu isə mənim üçün çox böyük məsuliyyətdir. Amma hələ ki, elə bir fikrim yoxdur”.

– Namiq Qaraçuxurlu toylara neçəyə gedir?

Onun toy qonorarı 8 min manatdır.