Məşhur meyxanaçı-müğənni Namiq Qaraçuxurlu ARB televiziyasında yayımlanan “Söz-Baz” verilişində etirafı ilə diqqət çəkib.
7Times.az xəbər verir ki, Namiq Qaraçuxurlu xalq artisti Aygün Kazımova ilə ifa etdiyi “Sevirəm” duetinin yenidən məşhurlaşmasından danışıb:
“Son vaxtlar “Sevirəm” duetimiz geniş yayılıb. Mənim üçün də çox xoşdur ki, gənclərimiz bu dueti sevir və trenddədir. İllərdir ki, Aygün Kazımova ilə bu mahnını ifa etmirik və birlikdə görünmürük. Bu, zamanında bu mahnıları tənqid edənlərə də bir dərsdir”.
Namiq Qaraçuxurlu “Ailə qurandan sonra xanım pərəstişkarlarınızın sayı azalıbmı” suallına “Evləndikdən sonra xanım fanatlarımın azaldığını hiss etmirəm. Sadəcə əvvəllər həyatda, sosial şəbəkələrdə çox evlilik təklif olunurdu. Mənimlə ailə qurmaq istəyən xanımlar çox idi. Amma indi onların sayı azalıb. Bəziləri hələ də elə bilirlər ki, subayam. Dəyişmirəm və ailə məsələlərini gizli saxlayıram. Hətta evli olduğuma inanmayanlar da var. Ailə bütün insanlar üçün lazımdır. İnşallah mənim qurduğum ailə də daimi olar”, – deyə cavab verib.