Aparıcı-prodüser Tarix Əliyev aparıcı Nanə Ağamaliyeva ilə bağlı qalmaqallı açıqlama verib.
OLAY yazır ki, bu barədə Tolik hekayə bölməsində paylaşım edib.
“Eşitdim Nanənin verilişinin layihə rəhbəri dəyişib. Sevindim ki, nə isə kreativlik olar. Amma Nanə yenə həminki Nanədir. Yenə çağırıb Pünhanı, atasının görüntülərini göstərir, ağladır. Ay Nanə, sən “Nanəli” verilişində nə gözəl işlər görürsən, ağlatmasan olmur? Millət sevindi ki, ağlamağın yerinə qalmaqal gəlib, indi yenə keçdin yasxanaya? Atalar yaxşı deyib, qozbeli qəbir düzəldər. Zaur Kamal, sən və bir neçəsi də var ki, insanları efirdə ya sındırırsız, ya ağladırsız”, – deyə, T. Əliyev vurğulayıb.