İdman

“Napoli” və “Atalanta”nın prezidentləri həbs oluna bilər

“Napoli” və “Atalanta”nın prezidentləri həbs oluna bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın “Napoli” klubunun prezidenti Aurelio De Laurentis və onun “Atalanta”dakı həmkarı Antonio Perkassi həbs oluna bilər.

“Report” “Calciomercato” nəşrinə istinadən xəbər verir ki, funksionerlər oyunçuların satışı ilə bağlı əməliyyatlarda fırıldaqçılıq etməkdə ittiham olunurlar. Onların günahı sübuta yetirilsə, 1 il müddətinə azadlıqdan məhrum ediləcəklər.

“Milan”ın sabiq baş direktoru, hazırda isə “Montsa”da eyni vəzifəni tutan Adriano Qallianini isə 1 il 1 ay həbs cəzası gözləyir.

İstintaq materiallarında sözügedən şəxslərin saxta hesablardan istifadə etdikləri göstərilib. İddiaya görə, bu cür əməliyyatlar nəticəsində klubların büdcəsinə qeyri-qanuni gəlirlər daxil olub.