Narkomaniya “ağ ölümdür”, həyatdan üz çevirməkdir. “Narkomaniya” və “ölüm” sözləri bu gün insanların təsəvvüründə sinonim sözlərə çevrilib. Müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılıb. Bu bəla ilə mübarizə etmək bir o qədər asan deyil. Bir az “yüngül” narkotiklərdən başlayan insan tez bir zamanda çox təsiredici narkotiklərə alışır və müalicəsi mümkün olmayan xəstəliyə mübtəla olur. Milli.Az narkotik maddələrin gənc nəsillər arasında yayılması təhlükəsini nəzərə alaraq, bir iyrənc hadisənin fonunda gəncləri bu “yırtıcıya” meyllənməməyə çağırır. Narkotik asıllılığndan əzab çəkən Hindistan sakini 7 dostuna öz xanımını zorlamağa icazə verib. Məqsəd, bunun müqabilində onlardan narkotik alınması üçün pul almaq idi. Bu haqda “The Times of India” məlumat yayıb.İnsident ölkənin şimalında Çandiqarx şəhərində baş verib. Zorlanmış 22 yaşlı qız qanun qoruyucularına həmçinin onu da bildirib ki, onu dostlarına “kirayə” verən ərindən körpə uşağı da var. Bundan başqa, onun əri hadisəni mobil telefona çəkərək, qızı gələcəkdə şantaj etmək məqsədi güdüb. Məlumat üçün bildirək ki, qadınlara qarşı zorakılıq Hindistanda ən aktual problemlərdən biri olaraq qalır. Ölkə hakimiyyəti yeni qanunlar tətbiq edərək, 2013-cü ildən etibarən bu cür cinayətlər üçün cəzaları xeyli amansızlaşdırıb. Amma problem həllini tapmır. Bu ölkədə zorlamalar – hind qadınlarının rastlaşdığı problemlərdən yalnız biridir. Tədqiqatçıların hesabatlarına görə, zərif cinsin nümayəndələri ölkədə çox aşağı ictimai statusa malikdirlər. 2012-ci ilin yayında Hindistan G20-ə daxil olan dövlətlər arasında qadınların yaşaması üçün ən pis ölkə kimi tanınmışdı.
Follow @7timesaz