Amerika Birləşmiş Ştatları Milli Aviasiya və Kosmik İdarəsinin (NASA) rəhbəri Cim Braydenstayn Ayda suyun olduğunu təsdiqləyib.
7times.az xəbər verir ki, qurumun rəhbəri bu barədə öz “Twitter” hesabında bildirib.
NEWS: We confirmed water on the sunlit surface of the Moon for the 1st time using @SOFIAtelescope. We don’t know yet if we can use it as a resource, but learning about water on the Moon is key for our #Artemis exploration plans. Join the media telecon at https://t.co/vOGoSHt74c pic.twitter.com/7p2QopMhod
— Jim Bridenstine (@JimBridenstine) October 26, 2020
“Biz ilk dəfə olaraq Ayın Günəş səthində suyun olduğunu təsdiqlədik”, – deyə o əlavə edib.
Mütəxəssis bu məlumatların “Boeing” təyyarəsi əsasında yaradılan “SOFİA” stratosfer laboratoriyasının köməyi ilə əldə edildiyini açıqlayıb.
“Bunu hələ bir qaynaq olaraq istifadə edə biləcəyimizi bilmirik”, – deyə o əlavə edib.
NASA rəhbəri Yerin təbii peykində mayelərin araşdırılmasının “Artemis missiyası”nın əsas vəzifəsi olduğunu qeyd edib.oxu.az