Dünya

NASA maye materiallardan nəhəng teleskoplar yaratmağa hazırlaşır

NASA maye materiallardan nəhəng teleskoplar yaratmağa hazırlaşırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika kosmik agentliyi NASA maye materiallardan nəhəng teleskoplar qurmağın yollarını sınaqdan keçirir. Bu cür cihazlar astronomlara köhnə və daha uzaq kosmik obyektləri tədqiq etməyə imkan verə bilər.

7Times.az ingilis mətbuatına istinbadən xəbər verir ki,

Yanvar ayında NASA indiyə qədər qurulmuş “ən böyük və ən güclü” ,Ceyms Uebb Kosmik Teleskopunun yerləşdirildiyini elan etmişdir. Bu, kainatın ilkin inkişafı haqqında dərin məlumat toplamaqla yanaşı, keçmiş teleskopların işinə əsaslanmaq məqsədi daşıyır.

Lakin NASA teleskoplarının ölçüsünü hazırda istifadə edilənlərdən 100 dəfə çox genişləndirməyə çalışır. Bunun bir yolu maye materiallardan istifadə edərək linzalar yaratmaqdır. NASA mayelərin mikroqravitasiya şəraitində teleskop linzaları yaratmaq üçün istifadə oluna biləcəyini öyrənmək üçün təcrübələr aparır. Məqsəd, lazımi materialları daşıdıqdan sonra kosmonavtların kosmosda linzalar yaratmaq üçün istifadə edə biləcəyi bir üsul yaratmaqdır.