Dünya

NASA Rusiya ilə birgə hərəkət edəcək

NASA Rusiya ilə birgə hərəkət edəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Rusiya ilə çarpaz uçuş proqramını genişləndirmək istəyir.

Sfera.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Beynəlxalq Kosmik Stansiyanın (BKS) proqram meneceri Coel Montalbano “Crew Dragon” kosmik gəmisinin uçuşundan sonra məlumat verib.

Montalbano mətbuat konfransında razılaşmanın uzadılmasını qarşıya qoyduqları mühüm məqsəd hesab etdiklərini qeyd edib.

“Roskosmos”un pilotlu proqramlar üzrə icraçı direktoru Sergey Krikalev öz növbəsində proqramın uzadılması halında uçuşlara başqa ölkələrdən astronavtların cəlb edilməsinin planlaşdırıldığını bildirib.

“Crew Dragon” kosmik gəmisi ilə birlikdə Falcon 9 daşıyıcı aparatı Floridada BKS-ə buraxılacaq. Kosmik gəmi Anna Kikina da daxil olmaqla, dörd nəfərdən ibarət ekipajı Beynəlxalq Kosmik Stansiyaya (BKS) aparacaq.

Bir gündən bir qədər artıq müddətdən sonra “Crew Dragon” orbital stansiyaya yaxınlaşacağı gözlənilir.

Xatırladaq ki, bu ilin iyulunda “Roskosmos” və NASA kosmonavtların və astronavtların BKS-ə çarpaz uçuşları haqqında saziş imzalayıb.