“Alyans Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya ilə münaqişəyə girmək istəmədiyini bildirib. NATO rəsmiləri iyulun 11-12-də Vilnüsdə keçirilən sammitdə Zelenskiyə izah edib ki, Kiyevin alyansa qoşulmağa dəvəti Rusiya ilə münaqişəyə gətirib çıxaracaq və bu, təşkilatın planlarına daxil deyil”.
7Times.az xəbər verir ki, bunu NATO Baş katibinin müavini Mirça Coana Aspen İnstitutunun təşkil etdiyi təhlükəsizlik forumunda deyib.
“Mən dedim ki, biz bu gün Ukraynanı dəvət edə bilmərik, çünki bu, NATO-nun Rusiya ilə münaqişəyə girəcəyi anlamına gələ bilər, bu bizim planlarımızda yoxdur”-deyə, o bildirib.
Eyni zamanda o, Vilnüs sammitinin Ukraynanı NATO-ya yaxınlaşdırdığını vurğulayıb.
Follow @7timesaz