Dünya

NATO çoxdan dağılmalı idi – İlon Mask

NATO çoxdan dağılmalı idi – İlon Maskbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milyarder İlon Mask amerikalı iş adamı Devid Saksın Sovet İttifaqının dağılmasından sonra NATO-nun ləğv edilməli olduğu barədə bəyanatını dəstəkləyib.

 

7Times.az  xəbər verir ki, bu barədə Mask “X” sosial şəbəkəsindəki hesabında bildirib.

 

Belə ki, Saks SSRİ-nin dağılmasından sonra Şimali Atlantika Müqaviləsi Təşkilatını buraxmaq əvəzinə, genişlənmə ilə bağlı yeni missiya ilə çıxış etdiklərini vurğulayıb.

 

O, həmçinin qeyd edib ki, bu cür hadisələr NATO ətrafında təşkilatın mövcudluğuna haqq qazandırmaq üçün lazım olan düşmənçiliyi yaradıb.

 

“Doğrudur. Mən həmişə maraqlanmışam ki, NATO-nun əzəli düşməni və yaranma səbəbi hazırda olmasa da, təşkilat niyə mövcud olmağa davam edir?”, – deyə Mask qeyd edib.