NATO-nın Gürcüstan və Ukraynaya güclü siyasi və praktiki dəstəyi davam edir.
7Times.az xəbər verir ki, bunu alyansın Baş katibi Yens Stoltenberq NATO müdafiə nazirlərinin iclasında deyib.
O bildirib ki, hazırda Avro-Atlantik regionunda sülh və sabitlik təhdid altındadır.
Stoltenberq vurğulayıb ki, NATO müttəfiqləri Ukrayna ətrafındakı vəziyyətə diplomatik həll yolunun tapılması üçün yorulmaq bilmədən çalışırlar.
“Diplomatiyanın davam etdirilə biləcəyi ilə bağlı Moskvadan işarələr var, amma bu vaxtadək biz qoşunların geri çəkilməsinin və ya de-eskalasiyanın əlamətlərini görməmişik. Rusiya bir daha Avropa təhlükəsizlik prinsiplərinə hörmətsizlik və güc tətbiqi hədəsi ilə məqsədlərinə çatmaq qabiliyyətini nümayiş etdirir”, – Baş katib qeyd edib.
O vurğulayıb ki, NATO bu yeni normalara hazırlıqlı olmalıdır.
(apa)
Follow @7timesaz