Dünya

NATO indiyədək Ukraynaya 65 milyard avro yardım edib

NATO indiyədək Ukraynaya 65 milyard avro yardım edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO ölkələri indiyədək Ukraynaya 65 milyard avro yardım edib.

7Times.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, aprelin 4-5-də NATO-nun xarici işlər nazirləri Ukraynaya çoxillik dəstək proqramının hazırlanmasının başlanmasını müzakirə edəcəklər: “Alyansın məqsədi gələcəkdə belə silahlı təcavüzün təkrarlanmaması üçün Ukraynanın müdafiəsini təmin etməkdir”.

Qeyd edək ki, hazırda Belçikanın paytaxtı Brüssel şəhərində Ukrayna-NATO komissiyasının iclası keçirilir. Ukraynanın xarici işlər naziri Dmitro Kuleba müzakirələrdə iştirak edir.

Aprelin 4-5-də isə Brüsseldə NATO XİN başçılarının toplantısı olacaq.