NATO Norveçin şimalında alyansın hava əməliyyatlarını idarəetmə mərkəzi yaradacaq. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, Mərkəz alyansın Şimali Avropada hava nəzarəti və hərbi hava əməliyyatlarına cavabdeh olacaq.
Norveçin Baş naziri Yonas Qar Störe ölkəsinin ən mühüm strateji maraqlarının şimalda olduğunu qeyd edib.
Alyansın 450 əsgərinin yerləşəcəyi hava əməliyyatlarını idarəetmə mərkəzinin təxminən 900 milyon avroya başa gələcəyi gözlənilir. Onun fəaliyyətə başlama tarixi açıqlanmayıb.
Follow @7timesaz